Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Rusiya Ukrayna ilə sərhədyanı bölgədən qoşunlarını geri çəkməyə başlayır

Rusiya Ukrayna ilə sərhədyanı bölgədən qoşunlarının bir hissəsini geri çəkməyə başlayır.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qərb və Cənub hərbi dairələrinin bölmələri təlimlərdən sonra öz bazalarına qayıtmağa başlayır.

“Döyüş hazırlığı tədbirləri yekunlaşdıqca qoşunlar həmişə olduğu kimi, daimi dislokasiya məntəqələrinə kombinə edilmiş yürüşlər edəcəklər.

Cənub və Qərb hərbi dairələrinin bölmələri tapşırıqları yerinə yetirərək artıq dəmir yolu və avtomobil nəqliyyatına yüklənməyə başlayıb və bu gündən öz hərbi qarnizonlarına hərəkətə başlayacaqlar”, – nazirlikdən vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button