AzərbaycanDünya

Rusiya QXC-nin ərzaq dolu yük avtomobili hələ də Xankəndiyə gedib çıxa bilməyib

Rusiya QXC-nin ərzaq dolu yük avtomobili artıq 2 gündür ki, Bərdə şəhərində gözləyir, Avtomobildəki yük Ağdam Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi.

Keçidinin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçılarının növbəti qeyri-konstruktiv mövqeyi göstərilir.

Digər məlumata görə,Qərbin və Beynəlxalq Qızı Xaç Komitəsinin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində  belə vəziyyət yaranıb.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən,  Rusiya Qızıl Xaç Cəmiyyəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinə  ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş 1 TIR  göndərib.

Related Articles

Bir cavab yazın

Back to top button