Site icon Aznews TV

“RUSİYA QƏLƏBƏ QAZANARSA, BUNUN 5 ƏSAS NƏTİCƏSİ OLACAQ” – “NATO nüfuzdan düşəcək, Putin isə…”

“Aznewstv” xəbər verir ki, “Financial Times”-ın bu mövzuyla bağlı yazısında Qərbin Ukraynaya ayırdığı yardımın həcminin bir il əvvəlki ilə müqayisədə 90% azaldığı qeyd edilir. Bu isə Qərbdəki ifrat sağçı, Putinyönlü siyasətçilər tərəfindən istifadə olunur. Həmçinin, onların təbliğatı nəticəsində Qərb seçiciləri Ukraynadakı müharibədən yorulurlar.

Qəzet qeyd edir ki, Rusiyanın qələbəsi ssenarisi getdikcə daha çox müzakirə olunur və baş verərsə, bunun 5 əsas nəticəsi ola bilər:

“1. Rusiya Ukraynanın bütün işğal olunmuş ərazilərində qəddar repressiyalar həyata keçirəcək. Bu, fərziyyə deyil, çünki son 19 ayda işğal olunmuş ərazilərdə məhz bunu gördük – kütləvi edamlar, zorlamalar, işgəncələr və uşaqların oğurlanması. Nəticədə milyonlarla ukraynalı bu dəfə birdəfəlik Qərbə qaçacaq.

2. Ukrayna dövlətinin işğal edilməyən qalıq hissəsi Ukraynanın qərb vilayətlərinin ərazilərində qala bilər. Ola bilsin ki, o, Avropa İttifaqına daxil olsun. Ancaq bu dövlət daim Rusiyanın yeni hücumunu gözləyəcək, çünki Rusiya ilə imzalanan “sazişlər”in heç bir dəyəri yoxdur.

3. Putin qlobal buğda ixracının təxminən dörddə birinə nəzarət edəcək. Ərzaq, əvvəllər təbii qaz olduğu kimi, Rusiyanın silahına çevriləcək.

4. Putinin uğuru qonşularını işğal etməkdə maraqlı olan ölkələri cəsarətləndirəcək…

5. NATO nüfuzdan düşəcək və bu, onun ən böyük sınağı olacaq. Putin sübut etməyə çalışacaq ki, NATO və Aİ bundan sonra təzyiqlərə tab gətirməyəcək. Baltikyanı ölkələr uğrunda müharibə başlasa, bir neçə yüz Qərb əsgərinin ölümündən sonra ifrat sağçılar Putinlə “sülh” bağlanmasını tələb edəcəklər. Qərb ölkələri NATO Müqaviləsinin 5-ci maddəsinə əsasən müttəfiq uğrunda döyüşmək öhdəliyini yerinə yetirdiklərini, lakin nüvə müharibəsini istəmədiklərini bildirərək geri çəkilə bilərlər”.

 

 

Bununla yanaşı, nəşr qeyd edir ki, hətta ABŞ olmasa belə, Avropa Ukraynaya Rusiyaya qarşı müharibədən salamat çıxmasını təmin etməyə kifayət qədər qadirdir.

Qərb analitiklərinin fikrincə, Ukraynanı dəstəkləmək Avropaya ildə təqribən 40 milyard avroya və ya yalnız NATO ölkələrini nəzərə alsaq, hər bir Avropa vətəndaşına ildə cəmi 70 avroya başa gələcək.(AzPolitika.info)

Exit mobile version