
Nebenziya bildirib ki, bu barədə tədqiqat işinin açılması əsassızdır.
“Qərb ölkələri İranın Rusiyanı PUA ilə təmin etməsi barədə qənaətbəxş sübutlar təqdim etməyiblər”-Səfir iyunun 23-də Nyu-Yorkda keçirilən mətbuat konfransında belə deyib.
Qeyd edək ki, Qərb ölkələri Ukraynaya qarşı müharibədə İranla Rusiyanın PUA əməkdaşlığı barədə araşdırma aparılmasını tələb edib. Bununla bağlı tələb BMT-nin Təhlükəsizlik Şurasına göndərilib.
Xatırladaq ki BMT-nin Təhlükəsizlik Şurasının razılığı olmadan Rusiyaya hər hansı silahın göndərilməsi qadağandır.