Rusiya S-400 raket əleyhinə müdafiə sistemini İrana verməyə hazırdır, lakin hələlik bu barədə Tehrandan bir müraciət daxil olmayıb.
Bu barədə Aznews.tv Sputnik-İrana istinadən xəbər verir.
Rusiya hərbi-texniki əməkdaşlıq Şurasının mətbuat xidməti bu barədə bildirib: “Rusiya S-400 raket əleyhinə müdafiə sistemini İrana verməyə hazırdır, lakin hələlik bu barədə Tehrandan bir müraciət daxil olmayıb. S-400 raket əleyhinə müdafiə kompleksinin satışı ilə bağlı danışıqlar aparmağa hazırıq, o cümlədən İranla. Bununla yanaşı, bu texnika BMT Təhlükəsizlik Şurasının 20 iyun 2015-ci il tarixli 2231 saylı qətnaməsi ilə tətbiq edilən məhdudiyyətə şamil edilmir. İndiyədək tərəfdaşlarımızdan bununla bağlı rəsmi müraciət almamışıq”.
S-400 müasir təyyarələrə və qabaqcıl raketlərə qarşılaşı nadir bir hava müdafiə sistemidir.
Aznews.tv