Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Rusiya İran PUA-ları ilə hücuma keçdi

Rusiyanın PUA hücumundan sonra Ukraynanın Kiyev, Çerniqov, Sumı, Poltava, Çerkası, Kirovoqrad, Dnepropetrovsk, Xarkov, Luqansk, Nikolayev, Xerson və Zaporojye vilayətlərində hava həyəcanı elan olunub.

yerli vaxtla saat 00:40-da Ukrayna Hərbi Hava Qüvvələri şərqdən Krivoy Roqa doğru PUA-ların müşahidə edildiyini bildirib.

Xerson vilayətində də bir neçə “Şahed” dronu qeydə alınıb. Həmçinin Poltavadan Çerkası istiqamətinə doğru PUA-ların hərəkəti müşahidə edilib.

UNİAN-ın məlumatına görə, dünənki hücum zamanı Rusiya ordusu Ukraynaya “İskəndər-M” ballistik raketi və 139 PUA buraxıb. Hücum nəticəsində Xarkov, Sumı, Poltava, Kirovoqrad, Kiyev, Çerkası və Odessa vilayətləri zərər çəkib.

Axşam saatlarında Rusiya Krivoy Roq şəhərinə çox sayda “Şahed” dronu göndərib, şəhərdə azı 15 partlayış qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, xəsarət alan olmasa da, xeyli dağıntı var.

Related Articles

Bir cavab yazın

Back to top button