
Bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.
“Hazırda 125 cinayət işi açılıb, 5,8 min nəfər polisə gətirilib, onların arasında xeyli sayda əcnəbi var”, – məlumatda iddia edilir.
Ölkənin bütün rayonlarında vəziyyətin sabitləşdiyi, əməliyyat şəraitinə tam nəzarətin bərpa edildiyi, hüquq-mühafizə orqanları tərəfindən əvvəllər zəbt olunmuş bütün inzibati binaların azad edildiyi, kommunal obyektlərin işinin davam etdirildiyi iddia edilir.