İran uraniumun yüzdə 90 zənginləşdirilməsinə elə bu gündən başlaya bilər. Bunu İran Prezidenti Həsən Ruhani bildirib. Ancaq o, İranın atom bombası düzəltməyə çalışmadığını iddia edib. Ruhaninin sözlərinə görə, atom anlaşmasının tərəfləri müqaviləyə qayıtsalar, uranium zənginləşdirilməsi yüzdə 3,67-ni keçməyəcək. Bu, Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərində nəzərdə tutulmuş ən yüksək zənginləşdirmə miqdarıdır. Bildirək ki, İran Dış İşləri Baxanının müavini Abbas Əraqçı Tehranın çərşənbə günündən uraniumu yüzdə 60-dək zənginləşdirməyə başlayacağını açıqlayıb.
Ruhani: “İran uraniumu 90 faizədək zənginləşdirə bilər”

FILE - In this Jan. 13, 2015, file photo released by the Iranian President's Office, President Hassan Rouhani visits the Bushehr nuclear power plant just outside of Bushehr, Iran. Iran announced Tuesday it would inject uranium gas into 1,044 centrifuges it previously kept empty under its 2015 nuclear deal with world powers. (AP Photo/Iranian Presidency Office, Mohammad Berno, File)