Həsən Ruhani İrana qarşı Beynalxalq hakimlər şurası qətnaməsi ilə bağlı, “Avropa ölkələri və Ajansa ixtar veririk. Bizim ajans ilə rəftarımız dostluqla olub, amma son zamanlarda İsrail və Amerika ajansa basqı göstəriblər. Ajans isə qanuni yolundan çıxmamasına diqqət etməlidir. Kəskin cavab vermək asandır, ancaq ajansla əməkdaşlığımıza idamə verəcəyik”, – deyib. O, “avropalılar bizdən şərməndədirlər. Avropalılar bizdən üzr istəyirlər, ancaq öz vəzifələrinə əməl etmədilər. Eləcə də üç Avropa ölkəsindən intizarımız yoxdur. Çin və Rusiya qətiyyətli hərəkət etdi və Amerikanın basqısına boyun əymədilər”, – deyə əlavə edib.
Ruhani Amerika ilə müzakirə məsələsi ilə bağlı bildirib ki, “Amerikanın hər an qanuna qayıdıb, Birləşmiş Millətlər Təşkilatının əmniyyət Şurasındakı və 5 + 1 öhdəliklərinə qayıdarsa, biz hər zaman müzakirəyə hazırıq. Bizim Heç bir problemimiz yoxdur, danışıqlar masasını onlar sındırdılar”.
RUHANİ: “BİZ HƏR ZAMAN MÜZAKİRƏYƏ HAZIRIQ!”
