Bu barədə “Etimad onlain” saytı məlumat yayıb.
Sayt iş yerlərinin “ramazan ayına hörmətsizlik etdikləri”nə görə bağlandıqlarını yazıb.
Bundan əvvəl İran daxili işlər naziri Əhməd Vəhidi orucluq ayı qaydaları ilə bağlı iş yerləri və vətəndaşlara xəbərdarlıq etmişdi.
Qeyd edək ki, son bir il ərzində İranda məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə minlərlə iş yerinin fəaliyyətinə qadağa qoyulub.