
“ANT” “Reuters”ə istinadən xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Trampa onun xüsusi elçisi Stiven Uitkoff bildirib.
Vəziyyətlə tanış olan mənbələrin məlumatına görə, görüşdə iştirak edən Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Uitkoffla razılaşmayıb.
Agentlik qeyd edib ki, Kelloq Kiyevin mübahisəli torpaqlarla bağlı bəzi şərtlər üzrə danışıqlar aparmağa hazır olmasına baxmayaraq, bu ərazilərin tam mülkiyyət hüququnu Rusiyaya birtərəfli qaydada verməyə heç vaxt razı olmayacağını israr edib. Görüş Trampın ABŞ strategiyasında dəyişiklik etmək barədə qərarı olmadan başa çatıb.
Mart ayının ortalarında Kelloqun Rusiyanın onu “ukraynayönümlü” hesab edərək iştirakçılar arasında görmək istəməməsindən sonra müharibənin dayandırılması ilə bağlı yüksək səviyyəli danışıqlardan kənarlaşdırıldığı bildirilmişdi.