Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Reuters: “Tramp administrasiyası beynəlxalq sularda İran tankerlərini dayandırmaq niyyətindədir”

“Reuters” xəbər verir ki, Donald Tramp administrasiyası kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə məqsədi daşıyan qlobal razılaşma əsasında İranın neft tankerlərinin beynəlxalq sularda dayandırılması və yoxlanılması planını nəzərdən keçirir.

Məlumata görə, bu, İranın neft ixracını sıfıra endirmək və Tehranın nüvə silahı əldə etmək imkanlarını məhdudlaşdırmaq üçün Trampın “maksimum təzyiq” siyasətinin bir hissəsidir.

Xəbər agentliyi qeyd edib ki, tankerlərin dayandırılması İran neftinin zavodlara çatdırılmasını gecikdirəcək və neft ticarətində iştirak edən tərəfləri sanksiyalara və beynəlxalq təzyiqlərə məruz qoyacaq.

Related Articles

Bir cavab yazın

Back to top button