“Aznews tv” xəbər verir ki, bu barədə “Reuters” xəbər ajansı martın 16-da məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən beynəlxalq agentliyin əldə etdiyi bilgiyə görə, bu dəyərlər “UF 6”-dan yenidən əldə edilməsi, saflaşdırılması və ölkə kənarına daşınmasını daha da çətinləşdirən bir hala çevrilib.
İranın bu addımının nüvə müzakirələrinin pozulmasına gətirib çıxarmayacağını vurğulayarn “Reuters”, bununla yanaşı, belə bir addımın İranın uran ehtiyatlarının ötürülməsi ilə bağlı danışıqları çətinləşdirəcəyini yazıb.
Xatırladaq ki, nüvə razılaşmasına əsasən, İran uran ehtiyatlarının bir hissəsini xaricə göndərməlidir və bu ölkə 3,67% zənginləşdirmə ilə 202 kiloqram maksimum uran miqdarına sahib ola bilər.