
“Tehran Nüvə Sazişi üzrə öhdəliklərə əməl etmədiyinə görə agentliyin yoxlamalarında problemlər yaranıb. İran zənginləşdirilmiş uran ehtiyatını artırıb, uranın 60 faiz zənginləşdirilməsini hələ də davam etdirir”.
Direktorlar Şurasının noyabrın 22-si keçirilən iclasının ilk günündə Almaniya, Fransa və Britaniya bəyanatla İrandan agentliklə əməkdaşlıq etməsini tələb ediblər.
Bəyanatda deyilir: “İran nüvə proqramını gücləndirməməli və Agentliklə əməkdaşlıq səviyyəsini artırmaq məqsədilə dərhal və faktiki tədbirlər görməlidir”.