İran

Rəştdə geyim tərzinə müdaxilə edən cümə imamı döyüldü

İranda vətəndaşların şəxsi həyatlarına müdaxilə edən mollaların cəzxalandırılması halları artıb və bu qəbildən olan etirazların davamında Rəşt şəhərində daha bir molla döyülüb.

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı taksi sürücüsü Rəşt şəhərinin “Əli ibn Əbutalib” məscidinin imam cüməsi Əliəkbər Seyyidini ağır şəkildə döyərək xəstəxanalıq edib.

Gilan əyalətinin polis idarəsinin rəis müavini Hüseyn Həsənpur faktı təsdiqləyib və taksi sürücüsünün həbs edildiyini bildirib.

Yerli şahidlərin sözlərinə görə, adı açıqlanmayan molla gənci geyim tərzinə görə təhqir edib, ondan islami qaydalara uyğun geyunəsini tələb etdiyi üçün aralarında mübahisə yaranıb.

Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb.

O, molla və cümə imamlarına qarşı hücumların artdığını söyləyib və bunun qarşısının alınması üçün onları döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button