Bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, bu İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, prezidentin vəfatından sonra İran lideri Əli Xameneinin təsdiqi təqdirdə ölkənin icra işlərinə birinci vitse-prezident Məhəmməd Müxbirr cavabdeh olacaq.
İki ay ərzində isə ölkənin yeni prezidentini seçmək üçün növbədənkənar seçkilər keçiriləcək.
Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlr naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi və başqa 4 nəfər helikopter qəzasında həlak olub.