İbrahim Rəisinin prezident kimi fəaliyyətə başladığı ilk ayda İranda baznişəstələr və dövlət işçilərinin mordad ayına olan baznişəstəlik və aylıqları hələ də ödənilməyib. Bu haqda İranın “Cavan Jurnalistlər Baaşqahı” xəbər yayıb. Bildirilir ki, əldə edilən məlumatlara görə, hələ də bir çox dövlət qurumlarının işçilərinin, eləcə də baznişəstələrin maaş və imtiyazları verilməyib. Rəsmi orqanlar və məsul şəxslər isə bu gecikməyə müxtəlif bəhanələr gətirirlər.