“Sionist və inqilab əleyhdarı ünsürlərin Kürdüstan bölgəsindən İrana qarşı sui-istifadə etməsinə icazə verməyin… Biz İraq və Kürdüstan hökumətindən sionist düşmənin və bu regionun ərazisindən olan antiinqilabçı ünsürlərin İrana qarşı hər hansı sui-istifadələrinin qarşısını tamamilə almasını gözləyirik”, – İran prezidenti Rəisi Tehranda İraq Kürdüstanının prezidenti Neçirvan Bərzani ilə görüşü zamanı deyib.
Öz növbəsində Bərzani vurğulayıb: “Bu cür əməkdaşlıq və qarşılıqlı fəaliyyətə (İran və İraq Kürdüstanı arasında) hörmət bizim heç vaxt keçməyəcəyimiz qırmızı xəttdir… Biz İranın İraqdakı problemlərin həlli üçün bizim tərəfimizdə olmasını gözləyirik”.