Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər sazişlərin icrasının gedişi barədə danışıblar.
Paşinyan və Rəisi regional “3+3” platforması ətrafında fikir mübadiləsi aparıb, Tehranda keçirilən görüşün faydalı olduğunu bildiriblər.
Qeyd edək ki, “3+3” formatı Rusiya, İran, Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstanın iştirakını nəzərdə tutur.
Qrupun ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Beş ölkənin nazirlərinin iştirakı ilə keçirilən digər görüş isə 2023-cü ilin oktyabrında İranda baş tutub.
Növbəti görüş 2024-cü ildə Türkiyədə olacaq.