“Şəhərim Qurvənin mədəni irsi” adlı kitabın müəllifi Qəzal Allahyaridir.
Kitabda türk dilinin tarixi, qrammatikası və Qurvədə danışılan türk ləhcəsindən bəhs edilir.
Müəllifin fikrincə, hazırda Qurvədə yaşayan türklərlə qaşqay türkləri bölgədə olan yaşayış yerlərinin ilk məskunları olublar.
Qeyd edək ki, Güney Azərbaycanın əhəmiyyətli bölgələrindən biri olan Qurvə şəhəri Pəhləvi hakimiyyəti dövründə Həmədan əyalətindən ayrılaraq Kürdüstan əyalətinə verilib.