Sentyabrın 29-u gecə saatlarında aksiyalar ilk olaraq Tehran, Qum, Rəşt, Kirman və Sənəndəc şəhərlərində başlayıb.
“Qadın, həyat, azadlıq”, “ölüm olsun Xameneyiyə”, “rədd olsun dikatura” şüarları səsləndirilən Qum şəhərində hökumət məmurları ilə etirazçılar arasında daha şiddətli toqquşmaların olduğu bildirilir.
Sentyabrın 28-i aksiyaların azalmasını iddia edən hökumət orqanlarının bir gün sonra aksiyaların daha geniş şəkildə davam etməsindən vahiməyə düşdükləri, etirazların qarşısının alınması üçün hətta hökumət idarələrinin mühafizəçilərini cəlb etdikləri deyilir.