Dünya

“Quldurluğu davam etdirsəniz, bədəlini ödəyəcəksiniz”- İsraildən İrana xəbərdarlıq

İsrailin baş naziri Naftali Bennet kiber-hücumlarla bağlı İrana xəbərdarlıq edib və bu ölkənin buna görə bədəl ödəyəcəyini deyib.

O İranın əhəmiyyətli iqtisadi müəssisələrinə geniş kiber hücumlardan bir gün sonra bildirib ki, əgər İran İsraillə kiber müharibəyə daxil olsa, bunun ağır nəticələrinə dözməli olacaq.

N.Bennet əlavə edib ki, nüvə silahı çəkindirici güc olduğu kimi, kiber-hücumlar sahəsində də bu cür metodlar mövcuddur.

“Siz bundan sonra daha əlaltı qruplaşmalarınız vasitəsilə dolayı yollarla İsrailə zərbə vurub və bunun cavabsız qalacağını düşünə bilməyəcəksiniz. Əgər quldurluq yolunu seçib və güc göstərsəniz biz bunun cavabını kiber-hücum və başqa açıq yollarla verəcəyik”-deyə, Bennet bildirib.

Qeyd edək ki, iyunun 27-i səhər saatlarında “Yırtıcı serçə” adlı haker qrupunun hücumundan sonra Xuzistanın polad zavodu texniki problemlərə görə fəaliyyətlərini dayandırdığını bildirib və zavodun veb saytına giriş mümkün deyl.

Bununla yanaşı İranın ən böyük polad zavodu olan İsfahanın “Mübarəkə” polad zavoduna da kiber-hücum olduğu üçün müəssisənin fəaliyyəti iflic olub.

Kiber-hücumların İsrail tərəfindən həyata keçirildiyini və bunun Livanda İrana bağlı hakerlərin İsrailin bir sıra mərkəzlərinə kiber hücumlarına cəhdlərinə cavab olduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button