
Qoşaçayda toy mərasimində iştirak edənlər koronavirusa yoluxublar. Bu haqda Qoşaçayın Sağlıq Şəbəkəsinin müdiri Söhrab Heydəri açıqlama verib. Toyda iştirak edən şəxslərdən koronavirus testi götürülüb, onlardan 40-nın test nəticəsi müsbət çıxıb. Virusa yoluxanlardan 7 nəfəri Əbbasi Mərizxanasına yerləşdirilib, 1 nəfər isə həyatını itirib. Hazırda Qoşaçayın Əbbasi Mərizxanasında 70 koronavirus mərizi müalicə alır. 13 nəfər isə ICU bölməsinə yerləşdirilib.
Rəsmi məlumata görə, Qoşaçayda koronavirusla bağlı durum narıncıdır.