Site icon Aznews TV

Qoşaçayda məhbus fəalların azadlığı istənilib

Onlar son həftələr İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurlarının həbs etdiyi milli-mədəni fəalların posterlərini şəhər küçələrində yayıb, divarlara yapışdırıblar.

Fəalların hökumət tərəfindən girov götürüldükləri, həbslərinin qanunsuz olduğu qeyd edilib, dərhal sərbəst buraxılmaları istənilib.

Qeyd edək ki, son ay ərzində Güney Azərbaycanın Təbriz, Qoşaçay, Ərdəbil, Urmiya, Binab və başqa bir neçə şəhərində çox sayda fəal həbs edilib.

Fəalların bəzilərinə qarşı saxta ittihamlar irəli sürülüb, uzunmüddətli həbslərinə zəmin yaradılır.

Exit mobile version