
Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Prezident KTMT-yə üzv dövlətlərin rəhbərləri ilə bir sıra telefon danışığı aparıb. Dövlət başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyanla, həmçinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinla telefonla danışıb.
Ölkələrin liderləri Qazaxıstan Respublikasındakı mövcud vəziyyəti müzakirə etdilər”, – xəbərdə deyilir.