Bu barədə Qazaxıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısının tapşırığına əsasən, Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ÇXR-ə işgüzar səfər edib.
Alixan Smailovun ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyanla ticarət-iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektrinin müzakirəsi planlaşdırılır”, – məlumatda bildirilir.
Qeyd edək ki, Smailov Şanxayda 6-cı Çin Beynəlxalq İdxal Malları Sərgisinin açılışında da iştirak edəcək və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə burada təqdim olunan milli pavilyonlarla tanış olacaq.