Bu barədə “Kazinform” məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə “Arcelormittal Temirtau” şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.
Nazirlər Kabinetindən isə vurğulanıb ki, Karaqandadakı mədəndə insanların həlak olduğu “Arcelormittal Temirtau” şirkəti dövlətə təhvil veriləcək.
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
məlumata görə, bu barədə “Arcelormittal Temirtau” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, daha 31 şaxtaçının axtarışları davam edir.
Hadisənin baş verməsinə səbəb kimi lavada metan qazının partlaması ehtimal olunur.
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 11 nəfər həlak olub.
məlumata görə, bu barədə “Arcelormittal Temirtau” şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb. On bir şaxtaçının meyiti həyat əlaməti olmadan tapılıb. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib”, – açıqlamada deyilir.