
Üçüncü dəfə olaraq Şirazda Fars vilayətinin valiliyi qarşısında, Qəşqayi Türkləri öz kimliklərini qorumaq üçün aksiya keçiriblər. Qəşqayi Türkləri milli geyimlərinin “ələ keçirilməsi və oğurlanması”na qarşı etiraz aksiyası keçiriblər. Etirazçılar, tarixi kimliklərinin qorunması üçün şüarlar səsləndirərək, bu hadisənin tarixə, adət-ənənələrə və qanuna zidd olduğunu bildiriblər.
Həmçinin, etirazçıların şüarlarında, Azərbaycanın Türklərinin Qəşqayi qardaşlarına dəstək olmalarını tələb ediblər. Onlar “Qaşqayi var olsun, Azərbaycan sağ olsun” və “Qaşqayi Türkmən ittihad ittihad (birləşin birləşin)” şüarları səsləndiriblər.
Şirazın polis rəisi Həbibi etiraz aksiyasında Qaşqay xanıma vəhşicəsinə hücuma keçib, lakin qaşqay gənclər ona layiqli cavab veriblər.