Site icon Aznews TV

Qaşqay fəal məhkəməyə çağırıldı

Ədliyyə Sisteminin elektron poçtu vasitəsilə göndərilən çağırış vərəqəsində Fazil Vəziridən 5 gün ərzində barəsində irəli sürülən ittihamlara cavab vermək üçün Şiraz şəhərinin Ümumi və İnqilab Prokurorluğun 14-cü şöbəsinə getməsi istənilib.

Qeyd edək ki, İranın təhlükəsizlik qüvvələri Vəzirini 6 may 2024-cü ildə Şirazda həbs edərək təhlükəsizlik təcridxanasına aparıb, 5 gün dindirdikdən sonra Adilabad həbsxanasına köçürüblər.

O, “hakimiyyətə müxalif qruplara dəstək və əməkdaşlıqda, toplaşmaq və əlbir olmaqla ölkənin daxili və xarici təhlükəsizliyinə zərbə vurmaqda, ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumat yaymaq”da günahlandırılıb.

Qaşqay fəal 34 gün saxlanıldıqdan sonra 1 milyard tümən girov qarşılığında sərbəst buraxılıb.

Exit mobile version