İran

Qaşqay fəala qarşı ağır ittiham irəli sürülüb

İsfahanın Şəhriza şəhərində yaşayan işçi hərəkatı fəalı Arəş Qənbəri barədə "müqəddəsləri təhqir etmək" ittihamı irəli sürülüb.

Dekabrın 28-də öz evində təhlükəsizlik məmurları tərəfindən saxlanılan Arəş Qənbəri bir həftə təhlükəsizlik təcridxanasında dindirilib.

Onun təcridxanada işgəncə edildiyi və ondan məcburi etiraf alındığı bildirilir.

Qeyd edək ki, insan haqları təşkilatları Arəş Qənbəriyə qarşı irəli sürülən ittihamın onun edamı ilə nəticələnə biləcəyini bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button