Bu xəbəri eşidən sakinlər sevinclərini gizlədə bilməyiblər.
8 yanvar tarixində Qərbi Azərbaycan əyalətinin Salmas bölgəsində yerləşən Qaraqışlaq kəndinin sakinləri duz zavodunun yaradılmasına qarşı çıxıblar. Soydaşlarımız bir araya gələrək, etiraz aksiyası keçiriblər. Etiraz zamanı hökumət qüvvələri onlarla soydaşımızı həbs edib.
Kəndlilər hökumətdən və aidiyyəti qurumlardan bu məsələyə baxılmasını tələb ediblər. Aksiyaya səbəb müəssisənin yaradılmasından sonra kənd təsərrüfatı torpaqlarının əkin üçün yararsız hala düşmə ehtimalının yüksək olmasıdır.