İkinci Qarabağ savaşından bir il sovuşur. Ermənistanın atəşkəsi pozmasıyla başlayan əməliyyat 44 gün boyunca Azərbaycanın tarixi zəfəriylə sonuclandı. Azərbaycanın 3 minə yaxın əsgər və sivil şəhid verdiyi savaşda Ermənistan çox ağır bir şəkildə uduzdu. Azərbaycan ordusu tam gücünü Ermənistana göstərərək düşməni darmadağın etdi. Cəbhədə uduzan Ermənistan, intiqamı silahsız millətdən almağa çalışdı. Ermənistan bütün dünyanın gözü önündə dəfələrcə Azərbaycanın silahsız və sivil insanlarını vurdu. Onlarla silahsız insan Ermənistanın raket və bombalı saldırılarında şəhid oldu. Azərbaycan təkcə savaş meydanında yox, diplomasi meydanında da ciddi uğurlar əldə etdi. Bakı yönətimi qonşu və bölgə ölkələrlə apardığı yaxşı münasibətlərlə Ermənistanı tam mənasıyla kimsəsizliyə məhkum etdi. Ancaq bu savaşın tək uduzanı Ermənistan deyildi. Tehran hakimiyyəti də ən az İrəvan qədər 44 günlük Qarabağ savaşında uduzdu. İran keçən 30 ildə olduğu kimi son savaşda da Qarabağ işğalçısının yanında yer aldı. 44 günlük vətən muharibəsi əslində kimin dost kimin düşman olduğunu da açıq bir şəkildə göstərdi. İran, Ermənistana topraqdan sınırını açıq tutan və açıq bir şəkildə dəstək verən tək ölkə oldu. Əli Xamneyinin nə zamn dediyi belə bəlli olmayan “Qarabağ İslam toprağıdır” cümləsi, yalan olaraq ortaya çıxmış oldu. İran illərlə Azərbaycan hakimiyyətini Qarabağ qonusunda ehmalkarlıq və başarısızlıqla suçlayırdı və Azərbaycanlıların qürurunu əzməyə çalışırdı. Ancaq zamanı gəlincə Azərbaycanın necə öz topraqlarını azad etdiyini bütün dünya gördü. Bu uduzma İrana çox ağır gəldi. Buna görə iki üzlü siyasətləriylə Azərbaycana qarşı düşmənliyi dəvam etdi.
İranın Azərbaycana qarşı düşmənliyi, savaşdan sonra da dəvam etdi. Belə ki Azərbaycanın topraq bütünlüyü və dövlət hakimiyyətini yoxa sayıb dəfələrcə Azərbaycan toprağına qanunsuzca girib Ermənistana mal daşıdı. Azərbaycan bu məsələylə bağlı dəfələrlə İrana etiraz etdi. Hətta ən son İranın Bakıdakı səfirinə rəsmi etiraz notası verildi. İran işlərinə dəvam etdi. Daha sonra İran İslam Cumhuriyyəti Azərbaycan dövlətini aldatmaq üçün Ermənistana göndərdiyi tırlara saxta Ermənistan pilakı vurdu. Azərbaycan bunların hamısını görüb nəhayət öz topraqlarına qanunsuz girişin qarşısını aldı. Bu durum Fars Milliyyətçilərinin Azərbaycan qarşıt propaqanda etmələrinə yol açdı. Ancaq yenə sonuç dəyişmədi və Azərbaycan öz topraq bütünlüyünü qorumaya dəvam etdi. Keçdiyimiz günlərdə Əli Xamneyinin Ərdəbildəki təmsilcisi Azərbaycana düşmənliyini bir daha sübut etdi. Azərbaycan cümhuriyyəti prezidenti İlham Aliyev Anadolu Xəbər Ajansına verdiyi müsahibədə İranın bu işlərinə bir daha etiraz etdi. Qarabağ savaşının başlanmasının birinci il dönümündə İlham Əliyev özəlliklə İranın sınırında nizami təlim aparmalarını nəzərdə alaraq “30 il işğal zamanında heç belə işlər görmədilər” deyib etirazını bildirdi. İlham Əliyev “Bu sualı nəinki mən bəlkə dünya Azərbaycanlıları İrana verir” dedi. Azərbaycan cümhuriyyətinin prezidenti Dünya Azərbaycanlıları deyərək Güney Azərbaycanı da qəst etdiyi hamıya aydın məsələydi. bu da Fars Milliyyətçilərinin sonucsuz etirazına yol açdı. Artıq İranda Azərbaycan Cümhuriyyətinin bölgənin ən güclü dövlətlərindən biri olduğunu qəbul etmək zorundadır. Yeni dönəmdə Fars faşizmi Türk düşmənliyinə dəvam etdikcə Azərbaycanın haqlılığı daha çox ortaya çıxır və Güney Azərbaycanda millətin aydınlanmasına səbəb olur.