
İran Prezidentinin birinci müavini İshaq Cahangiri ötən gün “Sepah”ın Qüds Qüvvələrinin keçmiş fərmandehi Qasım Süleymaninin nəft qaçaqmalçılığında iştirak etdiyini bildirib. Onun sözlərinə görə, nəft satışının həyata keçirilmədiyi bir vaxtda Qasım Süleymani nəft satışını aparan yeganə şəxs olub. İshaq Cahangiri bildirib ki, o, toplantıların birində ölkə rəsmilərinin nəft satışı ilə bağlı iddialarına sərt təpki verib. Qasım Süleymani İran məhsullarına xitabən “niyə heç birinizin nəft sata bilmədiyinizi dilə gətirmisiniz?”, – sözlərini bildirib.
İran Prezidentinin birinci müavini Süleymaninin nə qədər həcmdə nəft satdığını və satışı nə vaxt həyata keçirdiyi barədə əlavə məlumat verməyib.