![](https://www.aznews.tv/wp-content/uploads/2024/03/msg-1001850276670-20406-780x470.jpg)
Şərqi Azərbaycanın valisi Təbriz şəhərindəki Yadigar İmam adına stadiona baxış keçirərək təmir işlərinin başa çatdırılması barədə göstəriş verib. Bununla da “Traktor” Futbol Komandasının qadın azarkeşləri aprelin 12-də keçiriləcək “Traktor” – ”Zobahan” qarşılaşmasında tamaşaçı kimi iştirak edə biləcəklər.
Bu haqda məlumatı əyalətin futbol təşkilatının katibi Əli Xakzad açıqlayıb.