Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Qadın siyasi məhbuslar Nərgiz Məhəmmədinin açıq mühakiməsini tələb ediblər 

36 iranlı qadın siyasi məhbus Tehrandakı Evin həbsxanasında saxlanılan güneyli hüquq müdafiəçisi və 2023-cü il Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədinin məhkəmə iclasının açıq keçirilməsini tələb edib.

Buna səbəb Nərgiz Məhəmmədinin cinsi zorakılığa qarşı etiraz etməsi olub.

Məlumata görə, qadın siyasi məhbuslar Nərgiz Məhəmmədinin mühakiməsi zamanı cinsi zorakılıq halları ilə bağlı şahidlərin və müstəqil medianın məhkəmə iclasına buraxılmasını vacib hesab ediblər.

Qeyd edək ki, xanım Məhəmmədi həbs olunan qadınlara qarşı cinsi zorakılıq faktlarını ifşa etdiyinə görə İnqilab Məhkəməsində mühakimə olunacaq.

#GuneyAzerbaycan

Related Articles

Bir cavab yazın

Back to top button