Site icon Aznews TV

Qacar şahlarının Kəyan tacı

Qacarlar özlərini İranın əfsanəvi Kəyan hökmdarlarının xələfi göstərmək məqsədilə taca bu adı vermişdilər.

Tacın əsası qırmızı məxmərdəndir və üzərinə minlərlə qiymətli daş düzülüb. Ən böyüyünün çəkisi 80 karat olan zümrüdlərin sayı 300-ə çatır. 1500 qırmızı daş var, böyükləri şpinel, kiçikləri isə yaqutdur. Ən böyük brilyantın çəkisi 23 karatdır. Mirvarilərin sayı isə 1800-ə çatır.

Qacar şahları tacqoyma mərasimlərində, yüksəkrütbəli qonaqlar qəbul edərkən tacı qoyurdular.

Qacar sülaləsinin devrilməsindən sonra hakimiyyətə yiyələnən Rza şah bu tacdan istifadə etməyərək tacqoyma mərasimi üçün Pəhləvi tacı sifariş verdi.

Hazırda Kəyan tacı İran Milli bankının xəzinəsində saxlanılır.

Exit mobile version