Onlar bununla həmin kəndin tarixi adını qaytarıblar.
İran rəsmiləri minlərlə kəndin və coğrafi yerin Azərbaycan türkcəsndə olan adını dəyişdiyi kimi, bu kəndin də adını təhrif edərək “Cövhərin” qoymuşdular. Kənd sakinləri buna etiraz olaraq, həm Azərbaycan türkcəsi, həm də ingilis dilində qarşılama lövhəsi hazırlayıb və kəndin də tarixi adını qaytarıblar.
Qeyd edək ki, Kürün kəndi Qəzvindən 45 kilometr cənub-qərbdə yerləşir və Ərdəq şəhərinə bağlıdır.