Bu barədə yerli insan haqları fəalları məlumat yayıblar.
Bildirilib ki, təhlükəsizlik məmurları Səccad Məhəmmədbeygi, Mustafa Rəncbər və Əli Beygdelini saxlayaraq naməlum yerə aparıblar.
Qeyd edək ki, adıçəkilən avtomobil şirkəti minlərlə qəzvinlinin pulunu alsa da, illərdir onların avtomobillərini təhvil verməkdən imtina edir.
Bundan əvvəl bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri, nə də pulları qaytarılır.