İran

Qəzvin şəhərlərində vəziyyət “qırmızı” həddədir

Qəzvinin bir neçə şəhərində koronavirusla bağlı vəziyyət qırmızı elan edilib. Belə ki, məsələyə Qəzvinin Tibb Elmləri danişgahının Müalicə İşləri üzrə rəis müavini Cəlal Rəhmani aydınlıq gətirib. Onun sözlərinə görə, ustanda gərginlik davam edir. Qəzvin, Takestan və Buin-Zəhra şəhərləri “qırmızı”, Əlbürz “narıncı”, Abik və Avac şəhərləri isə “sarı” vəziyyətdədirlər. Cəlal Rəhmani ustanda koronavirus amarlarına da diqqət çəkib.
O, son 24 saatda 55 yeni mərizin tibb mərkəzlərinə yerləşdirildiklərini bildirib. Bununla da virusa tutulanların ümumi sayı 318 nəfərə yüksəlib. 65 məriz xüsusi kontrol altına alınıblar, 27 nəfər isə məsnoi tənəffüs dəstqahına qoşulublar. Bu müddətdə 4 məriz koronavirusdan həyatını itirib.
danişgah rəsmisi kişilər və qadınlar arasında virusa tutulma nisbəti barədə də məlumat verib. O, bildirib ki, kişilərdə mərizliyə tutulma nisbəti yüzdə 52, xanımlarda isə yüzdə 48-dir. Son həftələrdə xanımlarda kişilərlə müqayisədə daha çox tutulma halı müşahidə olunub.

Related Articles

Bir cavab yazın

Back to top button