Bu barədə Behruz Qədiminin dayı oğlu və dayı qızısı Mehrdad və Səba Bəxtiyari sosial mediada paylaşım ediblər.
Mayın 21-də isə Tehran Şəhər Şurasının üzvü Məhəmməd Ağamiri helikopter qəzasının çətin hava şərayiti ilə bağlı olmaması ehtimalı barədə danışıb.
“Helikopterin hava şərayiti səbəbindən qəzaya uğramaması və başqa səbəbdən düşdüyü barədə məlumatlar və söhbətlər var. Məsələ təhlükəsizlik qüvvələri tərəfindən dəqiq araşdırmalıdır”,- Ağamiri deyib.
Qeyd edək ki, 27 yaşlı Puya Bəxtiyari 16 noyabr 2019-cu ildə Kərəc şəhərində keçirilən ümumi etiraz aksiyası zamanı təhlükəsizlik məmurları tərəfindən güllələnib və başından aldığı güllə yarası nəticəsində həyatını itirib.
Onun yaxın qohumu, İranın keçmiş prezidentinin helikopterinin texniki məsulu mayor Behzad Qədiminin helikopterin qəzaya uğramasında rolu olduğu ehtimalı barədə sosial mediada fikirlər səsləndirilir.