Bu barədə əyalətin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.
Bildirilib ki, qazıntı işləri 7 nəfərdən ibarət tarixi əsər qaçaqmalçısı tərəfindən həyata keçirilib. Partlayıcı maddələrdən istifadə nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib.
Məlumata görə, qaçaqmalçılar saxlanılıblar, barələrində cinayət işi açılıb.
Eradan əvvəl 1-ci minilliyə aid olan “Dəm-Dəm” qalası Səfəvilər dövründə Əmirxan Bradot tərəfindən yenidən qurularaq istifadə edilib.
Hazırda baxımsız qaldığı və qorunmadığı üçün tarixi abidənin əksər hissəsi dağılıb.