
Qərbi Azərbaycanda 2 nəfər koronavirusun “Britaniya növü” nə yoluxub. Bu barədə Qərbi Azərbaycanın Tibb Elmləri Danişqahının rəisi bilgi verib. Cavad Ağazadənin sözlərinə görə, yoluxanlardan biri vilayətdə işləyən ələhvazlı şəxs, o biri isə İraqın kürd iqlimindən bu vilayətə səfər edən İran əsilli qadındır. Onların hər ikisinin testinin nəticəsi müsbət olub.