Site icon Aznews TV

Qərbi Azərbaycanda hökumət məmuru həbs edildi

Bu barədə əyalətin məhkəmə sisteminin başçısı Nasir Ətəbati açıqlama verib.

O, həbs edilənlərin rüşvət almaq və vəzifə səlahiyyətlərindən su-istifadədə günahlandırıldıqlarını bildirib.

Şəhərin adı və saxlanılanların kimliyi barədə açıqlamaverilməyib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

İran ötən illə müqayisədə builki siyahıda üç pillə geriləyib.

İran hətta Uqanda, Mozambik, Madaqaskar, Liberiya, Kamerun, Pakistan və Qırğızıstan kimi ölkələrdən də aşağı düşüb.

Exit mobile version