
Bu barədə Parlamentin Araşdırmalar Mərkəzinin Təhsil şöbəsinin müdiri Məhəmmədsadiq Abdullahi bildirib.
Ötən il Qərbi Azərbaycan əyaləti bu sahədə üçüncü yerdə idi və son bir ildə daha on minlərlə şagirdin təhsili yarımçıq qaldığı üçün geriləyərək ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, əyalətin Təhsil İdarəsinin keçmiş başçısı Məhin Mənafi Qərbi Azərbaycanda təhsil sahəsinə kifayət qədər vəsait ayrılmadığını, ölkə üzrə şagird başına düşən təhsil sahəsinin ortalama 5,7 olduğu halda Qərbi Azərbaycanın bir sıra bölgələrində bu göstəricinin 1,7-yə bərabər olduğunu bildirib.