Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

Qərbi Azərbaycan icmasının “Qaçqınlıq və Qadınlar” mövzusunda keçirdiyi konfransın iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Sənədin BMT-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayır.

Qeyd edək ki, bu il martın 1-i Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlayn formatda “Qaçqınlıq və Qadınlar” mövzusunda beynəlxalq konfrans keçirilib. 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmişkonfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquqpozuntularına cəlb etmək idi.

Related Articles

Bir cavab yazın

Back to top button