Azərbaycanİran

Qərbi Azərbaycan əyalətində terror problemi və düzgün mübarizə taktikası

Qərbi Azərbaycan problemi, terror qruplaşmalarının (PKK, Komele, İKDP) mövcudluğu və fəaliyyəti, terroru dəstəkləyən siyasi və maliyyə mafiyası, eləcə də bu bölgədə “ASALA” terror qruplaşması və sələfilərin fəaliyyəti və İnqilab Keşikçiləri və kəşfiyyat Nazirliyinin bu terror qruplaşmalara texniki və kəşfiyyat dəstəyi Azərbaycan türk millətinin Qərbi Azərbaycanın demoqrafik və dövlət dairələrində tərkibin dəyişdirilməsi və qonşu ölkələrdə terror əməliyyatları həyata keçirməsi böyük pronlem olaraq Azərbaycan türk milləti üçün bir xərçəng şişinə çevrilib.

Buna görə də Azərbaycan türk milləti, siyasi təşkilatları, milli hərəkat fəalları və gəncləri, Güney Azərbaycan, Quzey Azərbaycanda və Anadolu bölgəsində keçmişdə yaranan qanlı təcrübələrinə baxaraq, üzləşdiyi “Qərbi Azərbaycanda kantonizasiya layihəsi böhranını” çox doğru bir şəkildə təhlil edərək, kiçik imkanları ilə İslam Respublikasının bütün təzyiqlərinə baxmayaraq “Qərbi Azərbaycanda aktiv terrorizmin xərçəng şişini” zərərsizləşdirmək üçün mübarizə meydanında olmaq hüququna malikdir.
Azərbaycan Milli Hərəkatının daxildə və xaricdə mediası və təşkilatları bu xərçəng şişi ilə müxtəlif forma və taktikalarla illərlə öz imkanları daxilində, müxtəlif taktikalarla mübarizə aparırlar. Cəsarətlə deyə bilərəm ki, bu antiterror fəaliyyətləri və terror şəbəkələrinin zərərsizləşdirilməsi mediada heç bir təbliğat aparılmadan və yaxud sosial mediada şou nümayiş etdirmədən həyata keçirilir.
“Qərbi Azərbaycan Müdafiə Komitəsi” Qərbi Azərbaycanda sahədə mübarizə aparan siyasi təşkilatlanma nümunələrindən biri olub ki, “Qərbi Azərbaycanda aktiv terrorizmin xərçəng şişinin böyüməsinə qarşı” ixtisaslaşmış düzgün şəkildə strategiya və taktika ilə fəaliyyət göstərib. Bu komitə Milli Hərəkatın siyasi diskursuna yenilik gətirməklə birlikdə, Qərbi Azərbaycanda Milli Hərəkata “etniklərarası qarşıdurma” diskursunun daxil olmasının qarşısını almaq üçün həmişə ehtiyatlı addımlar atmışdır.
Qərbi Azərbaycan Müdafiə Komitəsinin diskursunda meydan taktikası ilə uzunmüddətli strateji mübarizə həmişə vurğulanırdı ki, Güney Azərbaycan türk millətinə qarşı əhali tərkibinin dəyişdirilməsi məsələsi təkcə Qərbdə deyil, həm də Azərbaycanın Şərqi (Xəzər sahilləri) və Cənub bölgələrində (Zəncan, Miyana, Qəzvin, Bicar və Sunqor) həyata keçirilir. Bu isə “etniklərarası nifrət və qarşıdurma” diskursu ilə mümkün ola bilməz. Güney Azərbaycan əhali tərkibini dəyişdirmə planının qarşısını almaq, Azərbaycan türklərinin ali təhsil alımış gənc qüvvəsinin təşkilatlanması, maarifləndirici media fəaliyyəti, ixtisaslaşmış sahə fəaliyyəti və intellektual və təhsilli nəsli hazırlamaqla mümkün olacaq. Çünki tarixi səbəblərə, beynəlxalq layihələrə və dəyərli ehtiyatların və enerji mənbələrinin mövcudluğuna görə həm Tehranın, həm regional elementlərin, həm də təbii ki, beynəlxalq güclərin cəlb olunduğu çox mürəkkəb problemlə üz-üzəyik.
1900-cü illərdən Amerika, Fransız və İngilis missionerlərinin Urmiyada mövcudluğundan bu günə qədər Xəzər dənizi sahilləri və Qərbi Azərbaycan “Tehran, region və dünya” siyasi aktyorlarının siyasətlərinin prioritetlərində olmuşdur.
Odur ki, biz müstəmləkəçilik şəraitində olan bir xalq olaraq öz milli taleyimizi müəyyən etmək hüququ uğrunda mübarizə apararkən, ərazi bütövlüyümüzü qorumaq üçün mübarizə aparmalıyıq və “düşməni zərərsizləşdirmək” mübarizəsində bütün aspektlərini diqqətlə nəzərdən keçirməli, strategiyamızı və taktikalarımızı həyata keçirməliyik.
Çünki Güney Azərbaycanın, xüsusilə Qərbi Azərbaycan böhranlı bölgələr olaraq barıt çəlləyi kimi partlamağa hazırdır və siyasi və təşkilati hazırlıq olmaması vaxtsız doğumla körpəni məhv olması kimi, çoxlu itkilərə o cümlədən tarixi torpaqlarımızın əldən getməsinə səbəb olacaq.
Siyasi, informasiya, maliyyə və mafioz qütbləşmələrin regionların və xalqların taleyini müəyyən etdiyi təlatümlü dünyada ehtiyatlı olmalıyıq, “etnik və məzhəbi qarşıdurma diskursu” terrorizmin xərçəng şişi ilə mübarizənin həlli yolu deyildir və ola da bilməz.

Terrorizmi zərərsizləşdirmək və Xəzər sahili və Qərbi Azərbaycan regionunun ərazi bütövlüyünü qorumaq yolu “İslam Respublikasının və onun təhlükəsizlik qurumlarının qucağından” keçmir, çünki İslam Respublikasının özü terrorizmin ən təhlükəli aktorlarından biridir. İran İslam Respublikası regionda və Qərbi Azərbaycanda müxtəlif vasitələrlə o cümlədən “Naci Zindəşti və Qaqarin Simko” kimi narkotik kartellərinin başçıları və PKK terror qruplaşmasının Qərbi Azərbaycan əyalətində kamplarının yerləşdirilməsi kimi vasitələrlə Azərbaycan türk xalqına qarşı mənfur məqsədləri üçün istifadə edir.
Bu xərçəng şişi ilə mübarizə aparmağın yeganə yolu “təşkilatlanmaq və sistemli mübarizənin genişləndirilməsi”, “beynəlxalq lobbiçilik” və “terror şəbəkəsini zərərsizləşdirmək üçün əməli təlimlərin keçirilməsidir”.
“Populist şüarlar və hərəkatlar” və “kiber məkanda şou çıxarmaq” Qərbi Azərbaycanda aktiv terrorizmlə mübarizə üçün ən böyük zərbədir.
Atalarımızın çox dəyərli sözü var; “su gətirmədən, gilifi yaş edirlər” deyimi onlar üçündür ki, terrorun zərərsizləşdirilməsi, bölgənin təfərrüatları və xüsusiyyətləri, bölgədəki ictimai tərkib haqqında heç bir məlumatı yoxdur ancaq, “kiber məkanda şou vermək” və ya “Milli Hərəkatda yerinə gətirə bilməyən şüarlar vermək” ilə yersiz çaşqınlığa səbəb olurlar.
Azərbaycanın qərbində nə kürd azlığı ilə, nə də Azərbaycanın şərqində və Xəzər sahilində Talış azlığı ilə savaşımız getmir, bütün etnik və dini azlıqlar azad və demokratik Azərbaycanın bərabər vətəndaşlıq hüququna malik olacaqlar.
Bizim mübarizəmiz terrora, faşist və irqçi ekstremist qruplara qarşıdır ki, İslam Respublikasının təhlükəsizlik qurumlarının oyunçağına çevrilmiş, Azərbaycanın ərazi bütövlüyünə və türklərinə qarşı fəaliyyət göstərirlər. Vurğulamaq lazımdır ki, terror xərçəng şişinin və onların Azərbaycan torpaqlarına mənfur illüziyalarının zərərsizləşdirilməsi məsələsi Milli Hərəkatda strateji-taktiki səhvə yol verib. Azərbaycan Milli Hərəkatında bu səhvin və strateji-taktiki sapmanın ən böyük səbəbkarı İslam Respublikasının təhlükəsizlik qurumlarıdır. Çünkü Milli Hərəkatın mötəbər diskursunu öz istədikləri diskursa çevirib, bəzi gənclərin milli həyəcan və duyğularından istifadə edərək uzunmüddətli layihələrini həyata keçirməyə nail olublar və bu səhv və sapmanın başqa bir hissəsi də çox təəssüf ki, Milli Hərəkatın içindən olan amma bölgə (Qərbi Azərbaycan) ilə heç bir tanışlığı olmayanlar və ya “kiberməkanın şouçusu” olanlar olub.
“Rejim Vəkilləri Məclisinin” seçki sirki və onun Qərbi Azərbaycanda rejimin təhlükəsizlik qüvvələri tərəfindən və narkotik kartellərinin başçıları ilə mühəndisliyi nəticəsində rejimə bağlılığı olan mühacir azlığından iki namizədin Rejimin Məclisinə daxil olmasından sonra, Azərbaycan Milli Hərəkatının mediasının və siyasi təşkilatlarının düzgün fəaliyyəti və yanaşması nəticəsində bölgənin siyasi atmosferi mühacir kürd azlığı arasında İslam Respublikası tərəfdarlarının əleyhinə çevrildi.
İctimai rəy və hətta təxribatçı müxalifət adlandırılan müxalifət və hətta bəzi kürd siyasətçilər etiraf etdilər ki, kürd mühacir azlığından iki hökumət ünsürünün Rejim Vəkilləri Məclisinə keçməsinə səbəb Qərbi Azərbaycanda çoxluq təşkil edən türklərin saxta seşkiləri boykot etməsi olub və türklərin böyük əksəriyyəti İslam Respublikasına böyük “yox” dedilər.
Milli Hərəkat mediası və Milli Hərəkatın siyasi təşkilatlarının nümayəndələri bu məsələni məntiqlə şərh edirlər ki, saxta seçkiləri Azərbaycan türklərinin boykot etməsi mühacir kürd azlığın rejimə bağlı ünsürlərinə boş meydan çatıb. Təşkilatlar məntiqlə İslam Respublikasının dəstəklədiyi narkotik kartellərinin rolunu ifşa edirlər və ictimai rəy, hüquq müdafiəçiləri, beynəlxalq müşahidəçilər də bu məsələni müşahidə ediblər.
Güney Azərbaycanın qərb və şərq bölgələrində ərazi iddiaları ilə mübarizə aparmaq və onları zərərsizləşdirmək üçün gənclərin potensialını əsası olmayan sözlər və şüarlarla boşa çıxarmaq əvəzinə regional və beynəlxalq diskursa uyğun müntəzəm, uzunmüddətli strategiya və taktika həyata keçirilməlidir.

Şüarlar vermək və sosial mediada şoumenlik ilə gəncləri həyəcanlandırmaqla potensialını boşa çıxarmaq əvəzinə, təlim vermək, təşkilatlanmaq və müntəzəm mübarizə aparan qüvvələrin təşkilinə diqqət yetirilməlidir. Beləliklə həm siyasət və beynəlxalq lobbiçilik sahəsində nəyisə irəli apara bilərik, həm də meydanda düşməni zərərsizləşdirə bilərik, yoxsa şoumenlik və İslam Respublikası istədiyi diskursa bulanmaq ilə, şübhəsiz ki, millət olaraq uduzacağıq.

Related Articles

Bir cavab yazın

Back to top button