Dünya

Polşa Rusiya raketlərini vurmağa hazırlaşır – “NATO etiraz etsə də…”

Polşa və Ukraynaya qonşu olan digər ölkələr Rusiyadan gələn raketləri öz hava məkanına daxil olmazdan əvvəl vurmalıdır.

“Aznewstv” xəbər verir ki, bunu Polşanın XİN başçısı Radoslav Sikorski deyib.

Nazir hesab edir ki, NATO-nun etirazına baxmayaraq, Polşa Rusiya raketlərini Ukraynanın hava məkanında vurmalı, bununla da özünə qarşı mümkün təhlükəni önləməlidir.

Onun sözlərinə görə, Ukrayna ərazisi üzərində raketlərin vurulmasının NATO-nu Rusiya ilə müharibəyə sürükləyə biləcəyi qorxusuna baxmayaraq, Varşava öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur: “NATO-ya üzvlük hər bir ölkənin öz hava məkanının mühafizəsi məsuliyyətini inkar etmir – bu, bizim öz konstitusiya məsuliyyətimizdir”.

Xatırladaq ki, bu yay Polşa Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb və bu sazişdə iki ölkə “Ukrayna hava məkanında Polşa ərazisi istiqamətində buraxılan raket və PUA-ların vurulması imkanlarının öyrənilməsini” qeyd ediblər. Lakin NATO-nun Baş katibi Yens Stoltenberq bu təklifi rədd edib, çünki bu, alyansı “münaqişənin bir hissəsinə çevirə bilər”.

Related Articles

Bir cavab yazın

Back to top button