İranın paytaxtı Tehran şəhərində 48-ci Erməni Olimpiadası keçirilir.
Oyunlarda Dağlıq Qarabağda yaradılmış terrorçu rejimin yığması da iştirak edir. İranın Azərbaycana qarşı bu addımı atması cəmiyytimiz tərəfindən birmənalı qarşılanmayıb.
Aznews.tv Bizim Yol-a istinadla xəbər verir ki, məsələylə bağlı açıqlama verən millət vəkili Aydın Hüseynov bunları deyib:
“Bilirsinizmi, Dağlıq Qarabağ nə respublika, nə bir qurum kim beynlxalq aləmdə tanınmır. Bu qondarma qurumu Ermənistan özü də tanımır. Bu qondarma qurumu öz ölkəsinə dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir. Dəvət edən ölkə baxmalıdır ki, bu beynəlxalq normalara nə qədər uyğundur.Ölkələrimiz arasındakı münasibətlərə necə təsir edəcək? Fərqi yoxdur bu hansı ölkədir. Azərbaycanın buna nə münasibət göstərməsi sonrakı məsələdir. Bu ölkə özünə sual verməlidir – bu hərəkət ona nüfuz gətirirmi? Azərbaycanın mövqeyi məlumdur. Azərbaycan prezidenti öz mövqeyini birmənalı şəkildə bəyan edib – Dağlıq Qarabağda ikinci Ermənistan Respublikası yaranmayacaq, Azərbaycan xalqı bu işğalla barışmayacaq,öz torpaqlarını azad edəcək”.
Məsələni şərh edən politoloq Nəzakət Məmmədovanın fikrinə görə, İranın Ermənistanı dəstəkləməsi təəccüblü və ilk hal deyil.
“Bu illərlə davam edən siyasətin bir parçasıdır.İran bu gün Ermənistana daha çox ehtiyac hiss edir. Bu gün Emənistanın yeni hakimiyyəti Amerikaya yaxınlaşmağa çalışır ki, bu İranı narahat edir. Çünki, o Ermənistan ərazisindən özünə qarşı istifadə olunmasını əsla istəmir, Tehran çalışır ki, Ermənistan İranın müttəfiqi olaraq qalsın. Bu nöqteyi -nəzərdən Ermənistanla İranın münasibətləri yüsək səviyyədə davam edəcək. Hər halda ABŞ, Ermənistanın İrana olan münasibətlərini dəyişməyə çalışır, lakin bu çox çətin baş tuta bilər. Ona görə Ermənistanla İranın münasibətlərində bizim xeyrimizə dəyişiklik gözləmək düzgün deyil. Ermənistan blokada vəziyyətindədir. İran da sanksiya rejimlərindədir. Onların bir -birinə ehtiyacının olması məhz belə isti münasibətlərin yaranmasına şərait yaradıb”,- deyə politoloq bildirib.
Aznews.tv