
İranın keçmiş yol və şəhərsalma naziri rasist Abbas Axundi prezident Məsud Pezeşkianın Urmiya gölü haqda türk dilində müsahibə verməsinin “xalqa bəhanə vermiş” olacağını bildirib.
Paniranist mövqeyi ilə tanınan Abbas Axundi deyib: “Hörmətli Pezeşkian Urmiyada böyümüş və beş dövr Təbrizin millət vəkili olduğunuzu başa düşürəm ki, türk dilində hesabatlar almağınız sizin üçün çox normal və təbiidir. Amma indi siz prezidentsiniz. İclaslarda ancaq fars dilində hesabatlar qəbul etməli və rəsmi dildə danışmalısınız. Sizin bu məsələyə diqqətsizliyiniz sonda millətin əlinə bəhanə vermiş olacaq. Xahiş edirəm, nəzərə alın!”