Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Yeni 2025-ci il münasibətilə göndərilən məktubunda Kim Çen İnin yeni ili təbrik deyilib, birgə əməkdaşlığın davam edəcəyinə ümid edilib.
“Dünyada zülmə, müharibəyə və soyqırıma son qoyulması üçün birgə səylər göstəriləcək, yeni ildə bütün dünyada sülh, sabitlik və ədalət bərqərar olacaq”,- Pezeşkian qeyd edib.
Qeyd edək ki, Şimali Koreya insan haqları pozuntularının geniş miqyasda həyata keçirildiyi ölkələrdən biridir.
Kim Çen In rejimi müxalifəti sıxışdırmaqda, ifadə azadlığını ciddi şəkildə məhdudlaşdırmaqda və xalqın əsas hüquqlarını pozmaqda ittiham olunur.